2030-cu ildə prezident postunu tərk edəcək


Misir Prezidenti Əbdülfəttah əs-Sisi səlahiyyət müddətinin 2030-cu ildə başa çatacağını və səlahiyyət müddətini uzatmaq üçün ölkə konstitusiyasına dəyişikliklər etmək niyyətində olmadığını bildirib.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə Misir Hərbi Akademiyasında keçirilən məzun mərasimində qeyd edib.
“2030-cu il mənim prezidentlik müddətim başa çatacaq. Bu məsələ həll olunub və müzakirəyə çıxarıla bilməz”, - deyə əl-Sisi bildirib.
Misir lideri həmçinin Misir konstitusiyasının dəyişməz qalacağını qeyd edib.
Onun bu bəyanatı hakimiyyətdə qalma müddətinin uzadılması ilə bağlı müzakirələr fonunda səslənib.
Qeyd edək ki, Əs-Sisi 2014-cü ildən bəri Misirə rəhbərlik edir. 2019-cu ildə konstitusiyaya edilən dəyişikliklərdən sonra onun hazırkı üçüncü müddətinin 2030-cu ilin aprelində başa çatması planlaşdırılır. Bu dəyişikliklər ona üçüncü müddətə namizədliyini irəli sürməyə imkan verib və prezidentlik müddətini dörd ildən altı ilə qədər uzadıb.

DİGƏR XƏBƏRLƏR

Top