
Astronomlar tarixdə ilk dəfə yaşıl rəngli ulduz kəşf ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Live Science” nəşri məlumat yayıb.
Məlumata görə, yaşıl ulduz Uorvik Universitetindən Mark Hollandsın rəhbərlik etdiyi bir qrup tərəfindən kəşf edilib.
Tədqiqatçılar Yer kürəsindən 65 işıq ili məsafədə yerləşən 151 ağ cırtdan uluzu tədqiq ediblər.
Onlar müəyyən ediblər ki, onlardan təxminən hər 30-dan biri adi ağ rəngdən fərqli rəngdə işıq saçır.
Tədqiqat zamanı “WD J1330+6435” adlı ağ cırtdan ulduzunun ilk yaşıl rəngli ilk ağ ulduz olduöu məlum olub.
Alimlər ulduzun qeyri-adi rəngini onun atmosferində kalsium, litium və natriumun olması ilə izah ediblər. Belə ki, natrium spektrin narıncı hissəsini udaraq yaşıl rəngli parıltının yaranmasına səbəb olur.
Alimlər bu müxtəlifliyi ağ cırtdanların yüksək sıxlığı ilə izah edirlər. Bu, Günəşin fotosferinin sıxlığından milyonlarla dəfə çoxdur.
Nəticədə atmosferlərindəki mikroelementlər sıx helium plazması ilə qarşılıqlı təsirə girərək işığı daha geniş spektr diapazonunda udmasına səbəb olur. Bu isə ideal emitter üçün xarakterik olmayan rənglərin görünməsinə gətirib çıxarır.
Əvvəllər ağ cırtdanların yalnız ağ və ya mavi rəngdə parıldadığı hesab olunurdu. Ancaq bu yeni araşdırma ulduzların rəngləri haqqında təsəvvürləri genişləndirir.
Müəlliflərə görə, kainatda əvvəllər ehtimal edildiyindən daha çox çoxrəngli ağ cırtdan ola bilər.
Tətbiqimizi yükləyə bilərsiniz