
“Real Madrid”in müdafiəçisi Ferland Mendi itlərindən birinin yeiyetməyə hücum etməsindən sonra məhkəmə qarşısına çıxacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sport.es” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Madrid Cinayət Məhkəməsi məhkəmənin ilk iclasını dekabrın 21-ə təyin edib.
Belə ki, Mendinin itlərindən biri 17 yaşlı oğlanın ayağını dişləyib. O, həmçinin, iki başqa itə də hücum edib. Daha sonra itlərdən biri aldığı xəsarətlərə görə evtanaziya edilib.
Nəşrin məlumatına görə, prokurorluq “Real Madrid”in müdafiəçisinin 1200 avro cərimələnməsini və zərərçəkənlərə 5700 avro təzminat ödənməsini tələb edir.
Hadisənin 4 yanvar 2023-cü ildə baş verdiyi və həmin tarixdə Mendinin dörd itinin ərazini nəzarətsiz tərk etdiyi bildirilir.
Tətbiqimizi yükləyə bilərsiniz