
Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
Yeniavaz.com xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumatlara görə, idarəetmədən çıxan minik avtomobilinin aşması nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.
Tətbiqimizi yükləyə bilərsiniz