Ukraynalı futbolçu müharibədə həlak oldu


Ukrayna millisinin və Kiyev “Dinamo”sunun keçmiş futbolçusu Roman Maksimyuk Rusiya ilə müharibədə həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “RBK Ukraina” agentliyi mərhum əsgərin həyat yoldaşına istinadla məlumat yayıb.
Maksimyuk 2022-ci ildə Ukrayna Silahlı Qüvvələrinə könüllü olaraq qoşulub. O, 25-ci əlahiddə Siçeslav hava-desant briqadasında xidmət edib.
Keçmiş futbolçu 2025-ci ilin əvvəlindən itkin düşmüş hesab olunurdu. Ukraynalı əsgərlə sonuncu dəfə 30 yanvar 2025-ci ildə, onun bölməsi Pokrov istiqamətində döyüş tapşırıqlarını yerinə yetirərkən əlaqə saxlamaq mümkün olub.
Onun ölümü təxminən iki il davam edən axtarışdan sonra DNT testi ilə təsdiqlənib.
Qeyd edək ki, Roman Maksimyuk futbolçu karyerası ərzində “Prikarpatiye”, “Dinamo” Kiyev, “Dnepr”, “Volın” və “Çernomorets” kimi klublarda çıxış edib.
O, Ukrayna millisinin heyətində 5 oyunda meydana çıxıb.

DİGƏR XƏBƏRLƏR

Top