Zabrat–Maştağa yolunun bu hissəsi bağlandı – Sürücülərin nəzərinə!


Bakının Sabunçu rayonunda Zabrat–Maştağa avtomobil yolunun Zabrat dairəsindən Maştağa qəsəbəsi Elşən Məhərrəmli küçəsi ilə kəsişməyədək olan hissəsində oktyabrın 17-dən etibarən təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Məlumata görə, əks istiqamətdə isə oktyabrın 19-u saat 08:00-dan etibarən tam məhdudiyyət tətbiq olunacaq.
“Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur”, - AAYDA-dan qeyd edilib.

DİGƏR XƏBƏRLƏR

Top