
Ağ Evin yeni mətbuat katibi Keti Zakariya təyin olunduqdan beş gün sonra istefa verib.
Yeniavaz.com “Fox News” telekanalına istinadla xəbər verir ki, bu barədə Ağ Evin xüsusi nümayəndəsi məlumat verib.
Telekanalın məlumatına görə, o, bu vəzifədə cəmi beş gün qalaraq, Entoni Skaramuççinin antirekordunu yeniləyib. Belə ki, o, 21 iyul 2017-ci ildə kommunikasiya direktoru olub, lakin həmin ayın 31-də istefa verib.
General Con Kelli Prezident Administrasiyasının rəhbəri təyin edildikdən sonra Skaramuççi vəzifəsindən ayrılıb. Onun işdən çıxarılması Kellinin tələblərindən biri olub. Tramp da öz növbəsində buna etiraz etməyib.
Qeyd edək ki, Tramp Zakariyanın təyinatını 9 oktyabrda elan edib və o, vəzifəsinin icrasına 12 oktyabrda başlayıb. 13 oktyabrda o, 14 dəqiqə davam edən ilk brifinqini keçirib. “New York Times” qəzeti xəbər verir ki, Zakariya brifinqdə ssenarini oxuyarkən emosional sabitliyini qoruya bilməyib. O, cəmi üç müxbirin sualını cavablandırıb. Bundan başqa, Zakariya dil səhvinə yol verib, həyat yoldaşını prezidentlə səhv salıb və budan sonra cəmi beş dəqiqə yarım “davam gətirib”. O, həmçinin hüquqi statusu ilə bağlı yalan danışdığına görə tənqid olunub. Belə ki, hüquq sahəsində işlədiyini iddia etsə də, onun lisenziyası olmayıb. Zakariya vəkillik imtahanından kəsilib və yenidən imtahan verməyə cəhd etməyib.
Tətbiqimizi yükləyə bilərsiniz