Ağ Evin yeni mətbuat katibi vəzifəsindən getdi – “Fox News”


Ağ Evin yeni mətbuat katibi Keti Zakariya təyinatından bir həftə keçməmiş vəzifəsindən gedib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Fox News” telekanalı Ağ Evin rəsmi nümayəndəsinə istinadla məlumat yayıb.
Telekanalın məlumatına görə, Ağ Ev rəsmisi Zakariyanın postunu tərk etməsini yeni işə keçməsi ilə izah edib. 
O, Zakariyanın mətbuat katibi vəzifəsindən tədricən imtina etdiyini təsdiqləyib. 
Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp da Ağ Evin yeni mətbuat katibinə təxminən bir həftəlik vəzifəsindən sonra istefa verməyi tövsiyə edib.
“Mən ona dedim ki, düzünü desəm, mən sənin yerində olsaydım, qərarımı yenidən nəzərdən keçirərdim”, - deyə Tramp Ağ Evdə jurnalistlərlə söhbətində Zakariyanın uğursuz debütü ilə bağlı vəziyyəti şərh edərkən bildirib.
“Mən dedim ki, bütün bunları yenidən düşünməlisən. Çünki bütün bunları yaşamaq istəməyə bilərsən”, - deyə Tramp əlavə edib.
Qeyd edək ki, Tramp Keti Zakariyanın təyinatını rəsmi olaraq yalnız 9 oktyabrda elan edib. Bundan əvvəl o, Amerika liderinin “Truth Social” sosial şəbəkəsini idarə edən “Trump Media & Technology Group”da kommunikasiya üzrə məsləhətçi vəzifəsini tutub. 

DİGƏR XƏBƏRLƏR

Top