Putin Papa ilə danışdı


Rusiya Prezidenti Vladimir Putin Roma Papası XIV Leo ilə telefon danışığı aparıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidmətinin məlumatına görə, telefon danışığı zamanı Putin XIV Leoya möhkəm cansağlığı arzulayıb və bu yaxınlarda keçirdiyi əməliyyatdan sonra tezliklə sağalmasını diləyib.
Putin həmçinin dünyanın müxtəlif yerlərində mənəvi və əxlaqi dəyərlərin birləşdirilməsinin təşviqində və xristianların və xristian müqəddəs məkanlarının qorunması sahəsinnəa Rusiya-Vatikan əməkdaşlığının vacibliyini qeyd edib.
Rusiya Prezidenti Vatikanın Ukrayna münaqişəsinin həllinə kömək etmək istəyinə görə Papaya təşəkkür edib.
Putin və Papa XIV Leo həmçinin Rus Pravoslav Kilsəsi ilə Roma Katolik Kilsəsi arasında dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.
Qeyd edək ki, bu, XIV Leonun Vatikanda papa taxtına çıxmasından bəri Putinlə ikinci söhbətdir.

DİGƏR XƏBƏRLƏR

Top