
Rusiyanın Sankt-Peterburq şəhərində meymunçiçəyi xəstəliyinə yoluxan dörd nəfər xəstəxanaya yerləşdirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Məlumata görə, Krasnoqvardeyski rayonundakı mənzildən dörd yoluxmuş şəxs tibb işçiləri tərəfindən götürülüb.
Test nəticələri infeksiyanı təsdiqləyib və həmin dörd nəfər Botkin adına xəstəxanasına yerləşdirilib.
Xəstələrin virus mənbəyi ilə təmasda olduğu müəyyən edilib və onların vəziyyəti orta ağır kimi qiymətləndirilib.
Onların hərarətinin yüksək olduğu və limfa düyünlərinin böyüdüyü bildirlib.
Tətbiqimizi yükləyə bilərsiniz