
“Cənub” hərbi qrupunun bölmələri Donetsk vilayətində yerləşən Alekseyevo-Drujkovka yaşayış məntəqəsini nəzarətə götürüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Rusiya Prezidenti Vladimir Putinə hesabat verərkən bildirib.
Gerasimov həmçinin, “Mərkəz” hərbi qrupunun bölmələrinin Donetsk vilayətində yerləşən Pervomayskaya yaşayış məntəqəsini nəzarətə götürdüyünü qeyd edib.
Onun sözlərinə görə, “Mərkəz” hərbi qrupunun qoşunları son üç gün ərzində Donetsk vilayətindəki Sergeyevka yaşayış məntəqəsi üzərində nəzarəti ələ keçirib.
“Mərkəz” hərbi qrupunun bölmələrinin həmçinin Dnepropetrovsk istiqamətindəki əsas müdafiə qovşaqlarından biri olan Dobropolye şəhərini nəzarətə götürdüyü bildirilib.
Digər tərəfdən, Rusiya qoşunları Zaporojye vilayətindəki Novopavlovka və Novoandreyevka yaşayış məntəqələrini ələ keçirib,
Tətbiqimizi yükləyə bilərsiniz