“Real Madrid” Bellinqemlə müqaviləsini uzatdı


“Real Madrid” ingilis futbolçu Cud Bellinqemlə yeni müqavilə imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AS qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, müqavilənin 2031-ci ilə qədər uzadılması nəzrdə tutulub.
Oyunçunun hazırkı müqaviləsi 2028/29 mövsümünün sonuna qədərdir.
Qeyd edək ki, 23 yaşlı Bellinqem 2023-cü ildə “Borussiya Dortmund”dan “Real Madrid”ə keçib. İspaniya klubu ilə yarımmüdafiəçi İspaniya çempionatını, Çempionlar Liqasını, UEFA Super Kubokunu, Qitələrarası Kuboku və İspaniya Super Kubokunu qazanıb. Bu mövsüm o, səkkiz oyunda üç qol vurub və üç məhsuldar ötürmə edib.
Bellinqem İngiltərə milli komandasında 60 oyun keçirib və 14 qol vurub. O, iki Avropa çempionatının gümüş medalını və 2026-cı il Dünya Kubokunun bürünc medalını qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top