
Rusiyanın Ukraynaya qarşı müharibədə qalib gəlməsi 20 milyon ukraynalının Avropaya köçməsinə gətirib çıxaracaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə keçirilən mətbuat konfransında bildirib.
“Biz məğlub olsaq, nə baş verəcək? Dəqiq sayını bilmirəm, amma 20 milyon ukraynalı Avropaya üz tutacaq”, - Ukrayna lideri qeyd edib.
O bildirib ki, Rusiyanın qələbəsi Ukrayna dövlətinin mövcudluğunun özünü təhlükə altına qoyacaq.
Zelenski qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin şərqi Ukraynanı, Donbası istədiyini desə də, söhbət təkcə bu ərazilərdən getmir.
Onun sözlərinə görə, Moskva Ukraynanın şərq əraziləri ilə məhdudlaşmaq niyyətində deyil və əgər qarşısı alınmazsa, öz məqsədlərinə nail olmağa davam edəcək.
“Bəs sonra nə olacaq? O, hansı sərhədlərdə dayanacaq? O, artıq Avropa ölkələri üzərində dronları sınaqdan keçirir”, - Zelenski əlavə edib.
Tətbiqimizi yükləyə bilərsiniz