Pezeşkian İrəvanda Paşinyanla görüşdü


İrəvanda keçirilən Biomüxtəliflik üzrə Liderlər Sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla İran Prezidenti Məsud Pezeşkian arasında görüş keçirilib.
Yeniavaz.com
News.am-a istinadla xəbər verir ki, Ermənistan Baş naziri dəvəti qəbul etdiyi və sammitdə iştirak etdiyi üçün İran Prezidentinə təşəkkür edib.
Nikol Paşinyan yüksək səviyyəli ikitərəfli görüşlərin intensiv xarakter daşıdığını vurğulayaraq bunun Ermənistan-İran münasibətlərinin ardıcıl inkişaf etdirilməsi istiqamətində tərəflərin arzu və niyyətini göstərdiyini bildirib.
Məsud Pezeşkian da dəvətə və səmimi qonaqpərvərliyə görə təşəkkür edib. O, Ermənistanla müxtəlif sahələrdə əlaqələrin dərinləşdirilməsinin və genişləndirilməsinin vacibliyini qeyd edib.
Görüşdə Ermənistan-İran əməkdaşlığının gündəliyinə və əldə olunmuş razılaşmaların icra vəziyyətinə dair məsələlər müzakirə olunub.
Tərəflər birgə layihələrin irəlilədilməsi ilə bağlı mövzular ətrafında fikir mübadiləsi aparıblar.
Nikol Paşinyan və Məsud Pezeşkian qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.

DİGƏR XƏBƏRLƏR

Top