
Bu ilin oktyabr ayının 1-ə olan məlumata görə, Azərbaycanda 280,6 min nəfər işsiz şəxs olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadla xəbər verir ki, bu ilin ilk 9 ayı ərzində ölkədə işsizlərin sayı təxminən 1,5 min nəfər artıb.
Məlumat üçün bildirək ki, bu ayın əvvəlinə olan məlumata görə, iqtisadi fəal əhalinin sayı 5 milyon 444,7 min nəfər olub, onların 5 milyon 164,1 min nəfərini məşğul (işləyən) əhali təşkil edib.
Qeyd edək ki, Azərbaycanda işsizlərin sayı son 20 ildə ən yüksək səviyyəyə 2021-ci ilin əvvəlində çatıb. Qeyd olunan tarixdə ölkədə 375,9 min işsiz olub. Ən aşağı işsizlik səviyyəsi isə 2014-cü ilin əvvəlində qeydə alınıb. 1 yanvar 2014-cü il tarixində ölkədə 236,6 min işsiz olub.
Onu da qeyd edək ki, 2026-cı ilin sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 251,2 min nəfər olub və onların 53,5%-ini qadınlar təşkil edib. Son bir ildə Dövlət Məşğulluq Agentliyi tərəfindən qeydiyyata alınan işsiz şəxslərin sayı 14,8 min, son bir ayda isə 3,5 min nəfər artıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz