
Bu ilin ilk 8 ayı ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 26 min 485 nikah qeydə alınıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 8 ayında nikahların sayı 15,2% azalıb.
Qeyd edək ki, ötən ilin ilk 8 ayında əhalinin hər 1000 nəfərinə düşən nikah sayı 4,6 olduğu halda, bu ilin ilk 8 ayında 3,9 olub.
Onu da bildirək ki, 1942-ci və 2020-ci il istisna olmaqla Azərbaycan tarixində ən aşağı nikah sayı qeydə alınıb. Böyük Vətən Müharibəsinin davam etdiyi 1942-ci ildə, həmçinin koronavirus pandemiyası və 44 günlük Vətən müharibəsinin olduğu 2020-ci ildə ölkədə əhalinin hər 1000 nəfərinə düşən nikah sayı müvafiq olaraq 3,6 və 3,5 olub.
Nikahlarala bağlı rəsmi statistikanın aparıldığı 1935-ci ildən bu günə kimi ən yüksək nikah sayı 1946-cı ildə qeydə alınıb. İkinci dünya müharibəsinin başa çatdıqdan sonra – 1946-cı ildə Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən nikah sayı 15,6 olub.
Azərbaycan müstəqillik əldə etdikdən sonra isə əhalinin hər 1000 nəfərinə düşən nikah sayı aşağıdakı kimi olub:
1990-cı il – 10,4
1991-ci il – 10,4
1992-ci il – 9,5
1993-cü il – 8,1
1994-cü il – 6,3
1995-ci il – 5,7
1996-cı il – 5
1997-ci il – 6,1
1998-ci il – 5,2
1999-cu il – 4,7
2000-ci il – 5
2001-ci il – 5,2
2002-ci il – 5,1
2003-cü il – 6,8
2004-ci il – 7,5
2005-ci il – 8,5
2006-cı il – 9,4
2007-ci il – 9,5
2008-ci il – 9,2
2009-cu il – 8,8
2010-cu il – 8,9
2011-ci il – 9,7
2012-ci il – 8,6
2013-cü il – 9,3
2014-cü il – 9
2015-ci il – 7,2
2016-cı il – 6,9
2017-ci il – 6,5
2018-ci il – 6,4
2019-cu il – 6,4
2020-ci il – 3,5
2021-ci il – 5,6
2022-ci il – 6,1
2023-cü il – 5,3
2024-cü il – 4,9
2025-ci il – 4,7
Yanvar-Avqust 2026-cı il – 3,9
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz