
“Regionda və ətrafımızda ABŞ-nin istənilən mövcudluğu ilə bağlı narahatlığımız var. Lakin konkret bu məsələdə erməni dostlarımızla sıx əlaqə saxlayırıq və onlara etibar edirik”.
Yeniavaz.com xəbər verir ki, bunu, İranın xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün, oktyabrın 16-da İrəvanda News.am-ın müvafiq sualını cavablandırarkən deyib.
O, Ermənistan rəsmilərinin son səfərlərini, eləcə də Ermənistan və İran arasında aparılan son danışıqları nəzərə alaraq, İranın regionda ABŞ-nin mövcudluğundan narahat olub-olmadığı barədə suala belə münasibət bildirib.
“Biz bilirik ki, onlar İranın təhlükəsizliyinə qarşı heç bir addım atmırlar. Buna görə də Ermənistan hakimiyyəti ilə məsləhətləşmələrimizi davam etdiririk. Mənim çox yaxşı dostum olan Ermənistanın xarici işlər naziri Tehranda idi. Biz yaxşı məsləhətləşmələr apardıq. Bu gün isə prezidentimiz Ermənistanın baş naziri ilə görüşəcək. Biz sıx əlaqədəyik”.
Tətbiqimizi yükləyə bilərsiniz