İsrail prezidentləri Bakıya gələndə hava niyə tozlu olur? – Maraqlı təsadüf


Dünən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumatda bildirilib ki, Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Yeniavaz.com
xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, havada tozun miqdarı normadan 2,2 dəfə artıq olub.
Bildirilib ki, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub.
Maraqlıdır ki, Bakıda tozlu havanın müşahidə olunduğu günlərdə İsrail Prezidenti İsxaq Hersoq ölkəmizdə rəsmi səfərdə olub və əvvəlki illərdə də analoji hadisə müşahidə olunub.
Məlumat üçün bildirək ki, İsrail Prezidenti İsxaq Hersoqun bundan əvvəlki səfəri 30–31 may 2023-cü il tarixlərində olub. Həmin günlərdə də paytaxt Bakıda tozlu hava şəraiti qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 30 may 2023-cü il tarixində yaydığı məlumatda göstərilir ki, Bakı şəhərində toz hissəciklərinin miqdarı normadan 1,6 dəfə yüksək olub və havada müşahidə olunan toz transsərhəd xarakterli və qısamüddətli olub.
Onu da bildirək ki, İsxaq Hersoqdan əvvəl İsrailin sabiq prezidenti Şimon Peresin 28–29 iyun 2009-cu il tarixlərində Bakıya səfəri zamanı da tozlu hava müşahidə edilib. Belə ki, 29 iyun 2009-cu ildə Bakıda tozlu hava şəraitinin qeydə alındığı barədə ölkə mətbuatında məlumatlar yayılıb.
Açıqlanan məlumatlardan belə görünür ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra İsrail prezidentləri ölkəmizə 3 dəfə – 29 iyun 2009-cu il, 30–31 mart 2023-cü il və 14–15 oktyabr 2026-cı il tarixlərində rəsmi səfər ediblər və hər üç səfər zamanı Bakıda tozlu hava şəraiti müşahidə olunub. Yayılan məlumatlarda həmçinin qeyd olunur ki, Bakı şəhərində müşahidə olunan toz ölkə ərazisinə xaricdən daxil olan hava axınları səbəbindən yaranıb.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top