
İsrail Prezidenti, onun köməkçisi və kiçik nümayəndə heyətinin Bakı–Tel-Əviv–Bakı istiqamətində həyata keçirilən kommersiya reysi ilə Azərbaycana səfər etdiyi bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə APA məlumat yayıb.
Bildirilib ki, onlar digər sərnişinlər kimi bilet alaraq təyyarə ilə uçublar.
“Yəni İsrail Prezidentinin Azərbaycana səfəri üçün xüsusi təyyarə və ya qeyri-adi uçuş təşkil edilməyib. O, kommersiya reysi ilə sərnişin kimi Azərbaycana gəlib”, - Agentliyin məlumatında qeyd olunub.
Qeyd edək ki, İsrail Prezidenti İsxak Hersoq Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana gəlib.
Xatırladaq ki, daha əvvəl AzTV də İsrail Prezidenti İsxaq Hersoqun Bakıya səfəri ilə bağlı Türkiyə mediasında diqqətçəkən iddialar əsasında reportaj hazırlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz