
ABŞ İrana qarşı sanksiyalar siyahısına Kuba bankını, daha 10 hüquqi və 16 fiziki şəxsi əlavə edib.
Yeniavaz.com xəbər verir ki, müvafiq bildiriş ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında yerləşdirilib.
ABŞ Dövlət Katibi Marko Rubionun Xarici İşlər Nazirliyinin mətbuat xidməti tərəfindən yayımlanan açıqlamasına görə, Kubanın “Banco Internacional de Comercio, SA” bankı İran maliyyə qurumlarına xidmət göstərdiyi iddiası ilə sanksiya siyahılarına daxil edilib.
ABŞ sanksiyaları həmçinin İraqda yerləşən International Development Bank (IDB) da daxil olmaqla, İran, İraq və Honkonqda qeydiyyatdan keçmiş hüquqi şəxsləri də hədəf alır.
Sanksiya siyahılarına daxil edilən bütün şəxslər İran vətəndaşlarıdır.
Bundan əlavə, ABŞ Maliyyə Nazirliyi 30 oktyabr tarixinə qədər IDB ilə bağlı əməliyyatların başa çatdırılması üçün zəruri olan əməliyyatların aparılmasına icazə verən ümumi lisenziya verib.
Qeyd edək ki, sanksiya siyahısına daxil edilmək ABŞ-dəki aktivlərin dondurulması və Amerika vətəndaşlarının və şirkətlərinin siyahıda olanlarla iş görməsinin qadağan edilməsi deməkdir.
Tətbiqimizi yükləyə bilərsiniz