
Məhkəmə ABŞ Dövlət Departamentinə 18 oktyabrdan gec olmayaraq “Green card” lotereyasına qeydiyyatı başlamağı tapşırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə federal hakim Cinsuk Ota qərar çıxarıb.
“Məhkəmə dövlət katibi kimi çıxış edən cavabdeh Marko Rubionun üzərinə oktyabrın 18-də gecəyarısından gec olmayaraq, 2027-ci maliyyə ili üzrə müxtəlif millətlərin nümayəndələri üçün immiqrant viza proqramına qeydiyyatı başlatmaq və qeydiyyat müddətini açıq şəkildə öz veb saytında elan etmək öhdəliyi qoyur”, - qərarda qeyd edilir.
Qərara əsasən, qeydiyyat ən azı 30 gün açıq qalmalıdır.
Qeyd edək ki, 2025-ci ilin dekabrında Ağ Ev Providens şəhərindəki Braun Universitetində atışma hadisəsindən sonra "Green Card" lotereyası proqramını müvəqqəti dayandırmaq qərarı almışdı. Həmin atışmanı həyata keçirən şəxs ölkəyə bu viza proqramı ilə daxil olmuşdu.
Xatırladaq ki, "Green Card" (sözbəsöz "yaşıl kart", rəsmi adı - United States Permanent Resident Card) - ABŞ vətəndaşı olmayan şəxslərə daimi yaşayış hüququnu təsdiqləyən və ölkədə işləməyə icazə verən identifikasiya sənədidir.
Tətbiqimizi yükləyə bilərsiniz