Messi 28 metrlik yaxta sifariş etdi


“İnter Mayami”nin hücumçusu Lionel Messi özü və ailəsi üçün 28 metrlik xüsusi yaxta sifariş edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə yaxta istehsalçısı “Sunreef Yachts” şirkəti məlumat yayıb.
Məlumata görə, şirkət sifarişin məbləğini açıqlamayıb. Gəmi hazırda Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) gəmiqayırma zavodunda inşa edilir.
Qeyd edək ki, 7 oktyabr gecəsi Messi Argentina millisində son oyununu keçirib. Beninlə oyun 3-0 hesabı ilə başa çatıb. Qolları Nikolas Otamendi və Niko Pas vuru. Messi 71-ci dəqiqədə penaltidən dəqiq zərbəni dəqiq yerinə yetirərək hesabı 3:0-a çatdırıb. Hücumçu həmçinin iki məhsuldar ötürmə edib.
31 avqustda Messi rəsmi olaraq Argentina milli komandasından ayrıldığını elan edib.
Xatırladaq ki, “İnter”ə keçməzdən əvvəl Messi “Pari Sen Jermen” və “Barselona” klublarında oynayıb, orada dörd dəfə Çempionlar Liqasını, üç dəfə UEFA Super Kubokunu və Klublararası Dünya Kubokunu qazanıb. O, həmçinin səkkiz “Qızıl Top” mükafatını qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top