İnfantino üzr istədi


FIFA prezidenti Canni İnfantino təşkilatın “FIFA Forward Enterprise” layihəsinin planlaşdırılması zamanı buraxdığı səhvlərə görə üzr istəyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, cümə axşamı günü FIFA Şurası Sürixdə iclas keçirib.
İnfantino həmçinin hamını birliyə çağırıb və futbolun hər kəs üçün və hər yerdə olduğunu bəyan edib.
Qeyd edək ki, iyul ayında İnfantinonun təşkilatın flaqman kişi və qadın yarışlarına nəzarət edəcək bir şirkət yaratmaq istədiyi məlum olub. O, “FIFA Forward Enterprise”in yaradılmasının FIFA-ya üzv assosiasiyaların gəlirlərini artıracağını və dünya miqyasında futbolun inkişafına töhfə verəcəyini bildirib. Digər tərəfdən, o, məlum sxemin 4,2 milyard dollar cəlb edə biləcəyinı qeyd edib. Ancaq təşəbbüs rəsmilər, federasiyalar və digər təşkilatlar tərəfindən geniş tənqidlə qarşılanıb. Nəticədə, İnfantino bu ideyadan imtina etmək məcburiyyətində qalıb.

DİGƏR XƏBƏRLƏR

Top