Məşhur rusiyalı jurnalist terrorçular və ekstremistlər siyahısına daxil edildi


“Rosfinmonitoring” məhşur rusiyalı jurnalist Aleksandr Nevzorovu terrorçular və ekstremistlər siyahısına daxili edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə qurum rəsmi saytında məlumat yayıb.
Müvafiq qeyd cümə axşamı günü “Rosfinmonitoring”in reyestrində öz əksini tapıb.
Qanuna görə, banklar bu siyahıya daxil olan şəxslərin vəsaitlərini dondurur və onlara xidmətləri dayandırır.
Qeyd edək ki, bu il avqustun 28-də Sankt-Peterburq Məhkəməsi Nevzorovu xarici agent kimi vəzifələrindən yayınmaq və ekstremist fəaliyyətləri maliyyələşdirmək ittihamları ilə qiyabi olaraq həbs edib.
2024-cü ilin iyul ayında Sankt-Peterburq Məhkəməsi Nevzorovu və həyat yoldaşını ekstremist təşkilatın üzvü kimi tanıyıb və Rusiyada fəaliyyətini qadağan edib.
2023-cü ilin fevral ayında Moskvanın Basmannı Məhkəməsi jurnalisti Rusiya Silahlı Qüvvələrinin istifadəsi barədə bilərəkdən yalan məlumat yaydığına görə qiyabi olaraq ümumi rejimli cəza koloniyasında səkkiz il müddətinə azadlıqdan məhrum edib. O, beynəlxalq axtarışa verilib.
Nevzorov hazırda xaricdə yaşayır.

DİGƏR XƏBƏRLƏR

Top