Kobaxidze Ermənistana getdi


Gürcüstanın Baş naziri İrakli Kobaxidze ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvili və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani ilə birlikdə Ermənistana səfər edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Gürcüstan hökumətinə istinadla Gürcüstanın Birinci Kanalı məlumat yayıb.
Məlumata görə, Kobaxidzenin Ermənistana səfəri 15-16 oktyabr tarixlərində baş tutacaq.
Ermənistanın Baş naziri Nikol Paşinyanın dəvəti ilə o, Yerevanın ev sahibliyi etdiyi BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflərinin 17-ci Konfransında iştirak edəcək.
Proqrama Gürcüstan Baş nazirinin liderlər sammitində çıxışı daxildir.

DİGƏR XƏBƏRLƏR

Top