Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib-VİDEO

Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə Gəncə-Bakı magistralının 3 km-də qeydə alınıb. Bakı istiqamətində hərəkətdə olan “Mecedes Vito” markalı mikroavtobus aşıb. Qəza zamanı avtomobilin sürücüsü 32 yaşlı Elşad Tağıyev hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sürücünün ailə üzvləri Ağcabədi rayon sakini 59 yaşlı Valodya Paşayev, onun həyat yoldaşı 55 yaşlı Sevil Paşayeva, gəlini 30 yaşlı Zərniyar Tağıyeva və nəvəsi 17 yaşlı Röyal Gülmalıyev müxtəlif bədən xəsarətləri ilə Gəncə şəəhərə Təcili Tibbi Yardım xəstəxanasına gətirilib. Onlara tibbi yardım göstərilib. Qəzaya yolun buz bağlamasının səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Vüqar Nəbiyev Gəncə

Gence qeza

DİGƏR XƏBƏRLƏR

Top