“Sabah”ın qapıçısı Çempionlar Liqasının rəmzi heyətinə daxil edildi – Fotolar


“Sabah” klubunun qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Rəmzi komandanın heyətini təqdim edirik:
Qapıçı: Stas Pokatilov (“Sabah”).
Müdafiəçilər: Fredrik Şevold (“Budyo-Qlimt”), Yeff Şabo (“Ştutqart”), Henrik Falkhener (“Vikinq”) və Maksimiliano Arauxo (“Sportinq”).
Yarımmüdafiəçilər: Vitinya (PSJ) və Joan Manzambi (“Aston Villa”).
Hücumçular: Lamin Yamal (“Barselona”), Bredli Barkola (“Liverpul”), Harri Keyn (“Bavariya”) və Nikolo Trezoldi (“Brügge”).
Qeyd edək ki, “Sabah” UEFA Çempionlar Liqasının II turunda Çexiyanın “Slaviya” klubunu 2:0 hesabı ilə məğlub edib.

DİGƏR XƏBƏRLƏR

Top