
Yəmənin “Ənsar Allah” (Husi) üsyançı hərəkatı ölkənin müvəqqəti paytaxtı olan Ədən şəhərindəki Əl-Məaşiq prezident sarayına hücum edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə üsyançıların nəzarətində olan SABA xəbər agentliyi məlumat verib.
Hərbi mənbə agentliyə bildirib ki, hücum Əl-Məaşiq sarayında Səudiyyə zabitləri tərəfindən idarə olunan əməliyyat qərargahını, eləcə də onlara məxsus silah anbarlarını hədəf alıb.
Öz növbəsində, Səudiyyə Ərəbistanının “Al-Arabiya” telekanalı saraya raket zərbəsi endirildiyini və şəhərdə partlayış səslərinin eşidildiyini bildirib.
Digər tərəfdən, Yəmənin İnformasiya Nazirliyi Baş nazir Şaya əl-Zindaninin və hökumət üzvlərinin raket zərbəsi nəticəsində xəsarət almadıqlarını qeyd edib. Nazirliyin ilkin məlumatına görə, hücum nəticəsində baş naziri müşayiət edən iki nəfər həlak olub.
Tətbiqimizi yükləyə bilərsiniz