
Ötən il Azərbaycanda fəaliyyət göstərən kinoteatrlarda 671 film nümayiş etdirilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadla xəbər verir ki, bu, əvvəlki illə müqayisədə 7,9% çoxdur.
Qeyd edək ki, nümayiş etdirilən filmlərin 123-ü milli filmlər, 548-i isə xarici filmlər olub.
Azərbaycan kinoteatrlarında ən çox ABŞ istehsalı olan filmlər nümayiş etdirilib. Ötən il kinoteatrlarda 263 ABŞ filmi göstərilib.
Bundan başqa, il ərzində Türkiyə istehsalı olan 98, Rusiya istehsalı olan 40, Almaniya istehsalı olan 25, Hindistan istehsalı olan 20, Fransa istehsalı olan 15, Kanada istehsalı olan 10 film nümayiş etdirilib. Nümayiş etdirilən 77 film isə digər ölkələrin payına düşüb.
Onu da qeyd edək ki, əvvəlki illə müqayisədə kinoteatrlarda göstərilən Hindistan, Almaniya və Rusiya filmlərinin sayı kəskin artıb. Belə ki, 2024-cü ildə kinoteatrlarda 4 Hindistan, 5 Almaniya, 21 Rusiya filmi nümayiş olunub.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz