
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda turnir tarixinin yeni məhsuldarlıq rekordu qeydə alınıb.
Yeniavaz.com UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ikinci turun 18 qarşılaşmasında ümumilikdə 78 qol vurulub.
Bu, hər oyuna orta hesabla 4,33 qol deməkdir.
Bununla da turnirin əvvəlki rekordu yenilənib. Ötən mövsümün üçüncü turunda komandalar 71 qol vurublar ki, bu da hər matça orta hesabla 3,94 qol təşkil edib.
Beləliklə, cari mövsümün ikinci turu Çempionlar Liqasının əsas mərhələsi tarixində ən məhsuldar tur kimi tarixə düşüb.
Tətbiqimizi yükləyə bilərsiniz