
Türkiyə Prezidentinin baş müşaviri və Prezident Administrasiyasının Hüquq Siyasəti Şurasının sədr müavini Mehmet Uçum Çankaya Köşkündə jurnalistlərlə görüşərək gündəmdəki məsələlərlə bağlı açıqlamalar verib.
Yeniavaz.com “Yeni Şafak”a istinadla xəbər verir ki, o, Türkiyədəki növbəti prezident və parlament seçkilərinin 2028-ci ilin mart və ya aprel ayında keçiriləcəyinin, demək olar ki, dəqiqləşdiyini açıqlayıb.
“Seçkilərə 18 ay qalıb”, – deyə Uçum qeyd edib.
Hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanın yenidən namizəd olması ilə bağlı konstitusion çərçivəyə də toxunan Uçum “Cənab Rəcəb Tayyib Ərdoğan sonuncu dəfə namizəd olacaq” ifadəsini işlədib.
Tətbiqimizi yükləyə bilərsiniz