Pezeşkian sabah Ermənistana gedəcək


İran Prezidenti Məsud Pezeşkian oktyabrın 16-da qısamüddətli səfərlə Ermənistana səfər edəcək.
Yeniavaz.com
xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi açıqlayıb.
O bildirib ki, İran Prezidenti BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının 17-ci Tərəflər Konfransında (CBD COP17) iştirak edəcək.
Bəqayinin sözlərinə görə, sammit çərçivəsində tədbirdə iştirak edəcək bir sıra ölkələrin liderləri ilə danışıqların aparılması və fikir mübadiləsinin keçirilməsi də nəzərdə tutulub.

DİGƏR XƏBƏRLƏR

Top