Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı açıqlandı

Türkiyə Silahlı Qüvvələri (TSQ) 1 fevral 2017-ci il tarixinə olan şəxsi heyətinin sayını açıqlayıb. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, TSQ-nın şəxsi heyətinin sayı 362 284 hərbçi təşkil edir. Bu, ötən ayla müqayisədə 3 011 hərbçi çoxdur. Baş Qərargah və Milli Müdafiə Nazirliyindəki mülki məmur və işçilər də nəzərə alınsa, TSQ-nın şəxsi heyəti 401 199-a çatır. Məlumata görə, TSQ-nın Quru, Dəniz və Hava qüvvələrində 201 genaral və admiral, 25 728 zabit var.

DİGƏR XƏBƏRLƏR

Top