
Pakistanın Peşəvər şəhərində ikimərtəbəli özəl məktəbin (Əl Xair Məktəbi) damının uçması nəticəsində 32 şagird və bir müəllim həlak olub.
Yeniavaz.com xəbər verir ki, yerli media 50-dən çox insanın yaralandığını və dağıntılar altında qaldığını bildirir.
Yerli xilasetmə xidməti nümayəndəsinin CNN-ə verdiyi məlumata görə, gecə ərzində yağan güclü yağış ikimərtəbəli məktəb binasının damına zərər vurub və nəticədə bina uçub.
Bildirilib ki, xilasedicilər hazırda dağıntılar altından insanları çıxarmağa çalışırlar.
Pakistanın Baş naziri Şahbaz Şərif istintaq orqanlarını baş verənlərlə bağlı şəffaf araşdırma aparmağa çağırıb.
Polisin məlumatına görə, məktəb sahibi həbs olunub.
Tətbiqimizi yükləyə bilərsiniz