
Xəbər verdiyimiz kimi, bu ilin ilk 9 ayında Azərbaycanda 19,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Yeniavaz.com Energetika Nazirliyinin məlumatlarına istinadən xəbər verir ki, neft hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 milyon ton və ya 3,86% azalıb.
Belə ki, ötən ilin ilk 9 ayında Azərbaycanda 20,7 milyon ton neft hasil edilib.
Qeyd edək ki, neft (kondensat) hasilatı “Azəri-Çıraq-Günəşli”də 0,2 milyon ton, “Şahdəniz” və SOCAR-ın hər biri üzrə isə 0,3 milyon ton azalıb.
Onu da bildirək ki, neft ixracı hasilatdan daha çox azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 9 ayında neft ixracı 1,9 milyon ton və ya 10,96% azalıb.
Neft hasilatı ilə bərabər, təbii qaz hasilatında da azalma olub. Son bir ildə təbii qaz hasilatı 0,3 milyard kubmetr aşağı düşüb. “Azəri-Çıraq-Günəşli”də qaz hasilatı 0,6 milyard kubmetr artdığı halda, “Şahdəniz”də 0,3 milyard, SOCAR-da isə 0,6 milyard kubmetr azalıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 9 ayında təbii qazın Avropaya ixracı 0,8 milyard kubmetr, Türkiyəyə ixracı isə 0,3 milyard kubmetr azalıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz