“Qarşıma məqsəd qoymuşam, sülh müqaviləsi bu tarixədək bağlanmalıdır”


Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsini 2031-ci ilə qədər imzalamağa və ratifikasiya etməyə ümid edir.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, o bu barədə hökumətin iclasında danışıb.
Paşinyanın sözlərinə görə, Azərbaycanla sülh müqaviləsinin imzalanması həm hökumətin, həm də şəxsən onun qarşısında duran ən mühüm məsələlərdən biridir.
“Şəxsən özüm üçün konkret məqsəd və qrafik müəyyənləşdirmişəm – 2031-ci ilə qədər bu məsələni həll etmək. Təbii ki, bu, bütövlükdə hökumətimizin və siyasi komandamızın da qarşısında duran vəzifədir. Lakin baş nazir kimi bunu şəxsi gündəliyim baxımından da çox vacib hesab edirəm”, – deyə Paşinyan bildirib.
O əlavə edib ki, bu istiqamətdə imkanların olduğunu düşünür, əks halda, bu məsələni gündəmə gətirməzdi.
Qeyd edək ki, ötən il avqustun 8-də ABŞ-nin paytaxtı Vaşinqtonda Azərbaycan və Amerika Birləşmiş Ştatlarının prezidentləri, həmçinin Ermənistanın baş nazirinin iştirakı ilə “Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətni paraflanıb.

DİGƏR XƏBƏRLƏR

Top