“Sədərək”də hicablı xanımlar işdən çıxarılır?


“Sədərək” Ticarət Mərkəzində işləyən hicablı xanımların işdən çıxarılacağı ilə bağlı iddia yayılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sosial mediada məlumatlar yayılıb.
İddiaya görə, ticarət mərkəzindəki bəzi mağazalarda hicablı xanımlara oktyabrın 15-dən etibarən işə gəlməmələri bildirilib.
“Sədərək” Ticarət Mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim Oxu.az-a açıqlamasında sözügedən iddiaların əsassız olduğunu deyib:
“Sədərək” Ticarət Mərkəzində hicablı xanımlarla bağlı hər hansı məhdudiyyət tətbiq edilməyib. Tamamilə əsassız və yalan məlumatdır. Bizim mərkəz sahibkarlardan ibarətdir. Sahibkarları biz işə götürmüşük ki, indi də işdən çıxarmaq barədə əmr verək? Sahibkarlar burada öz bizneslərini qurublar. “Sədərək” Ticarət Mərkəzində də heç kim hicablı şəxslərin içəri buraxılmaması barədə göstəriş verə bilməz. Gəlib baxın, görün burada nə qədər hicablı xanım var”.

DİGƏR XƏBƏRLƏR

Top