
“Papa əməliyyatdan sonra normal şəkildə sağalır: qan analizinin nəticələri və rentgeninin nəticələri əməliyyat üçün gözlənilən nəticələrlə uyğun gəlir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Vatikanın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, pontifik bu səhər əməliyyatdan sonrakı müayinələrdən keçib. Nəticələr onun sağalmasının gözlənildiyi kimi davam etdiyini təsdiqləyib.
Papa həmçinin tənəffüs fizioterapiyasından keçib və xəstəxana otağında gəzməyə başlayıb.
O, həmçinin adi pəhrizinə qayıdıb, səhər və nahar yeməklərini həmişəki kimi yeyib.
Tətbiqimizi yükləyə bilərsiniz