“Starlink”ə görə Maskdan xahiş etdi


“Ukrayna üçün “Starlink”in deaktiv edilməsi qərarı səhvdir. Kiyev “SpaceX”in baş direktoru İlon Maskdan onu yenidən aktivləşdirməsini xahiş edir”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalist Pirs Morqana verdiyi müsahibədə bildirib.
“Əgər “Starlink” sürətini itirirsinizsə, nə baş verdiyi aydındır. Onlar (“SpaceX” – red.) onu söndürüblər. Bu, onların qərarıdır. Biz İlon Maskdan onu yenidən aktivləşdirməsini xahiş edirik”, - deyə o, qeyd edib.
Müsahibənin hissələri jurnalistin “X” sosial şəbəkə səhifəsində yerləşdirilib.
Qeyd edək ki, bundan əvvəl Zelenskinin müşaviri Sergey Beskrestnov “SpaceX” şirkətinin Ukrayna ordusunun “Starlink” peyk internet terminallarının sürətini məhdudlaşdırdığını və bunun nəticəsində bir sıra əməliyyatları pozduğunu bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top