İlham Əliyev Emoməli Rəhmonla görüşdü


Oktyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonla görüşüb.
Yeniavaz.com
xəbər verir ki, Prezident Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə dəvətə və qonaqpərvərliyə görə dövlət başçısına minnətdarlığını bildirib.
Söhbət zamanı iki ölkə arasında dostluq münasibətlərindən məmnunluq ifadə olunub, çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
Ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi, eyni zamanda, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.

DİGƏR XƏBƏRLƏR

Top