
Azərbaycan əsilli məşhur reper “Navai” (Nəvai Bəkirov) Qazaxıstanda saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Teleqram kanalının məlumatına görə, sərhədçilər reperin avtomobilini Qazaxıstana daxil olarkən “Korday” sərhəd-keçid məntəqəsində saxlayıblar.
Məlumata görə, reperin sürücü oturacağının cibindən 2,5 qram marixuana aşkar edilərək götürülüb.
Onunla birlikdə sürücü də daxil olmaqla avtomobildə olan daha üç nəfər saxlanılıb.
Reper və digər saxlanılanlar müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.
Mediada yayılan məlumatlara görə, “Navai” və səfərin digər iştirakçılarına qarşı Qazaxıstan Cinayət Məcəlləsinin 286-cı maddəsi ilə cinayət ittihamı irəli sürülüb. Bu cinayət 5000 aylıq hesablama göstəricisinə qədər cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və ya beş ilə qədər azadlıqdan məhrumetmə və əmlak müsadirəsini nəzərdə tutur.
Həmçinin, hadisə ilə əlaqədar Astanada Jaksılık Uşkempirov adına Döyüş Sənəti Sarayında keçirilməsi planlaşdırılan axşam konserti texniki səbəblər əsas gətirilərək ləğv edilib.
Tətbiqimizi yükləyə bilərsiniz