“Məncə, bu, bizim üçün əlverişli deyil”


İsrailin Baş naziri Benyamin Netanyahu 27 oktyabrda keçiriləcək parlament seçkilərindən əvvəl İrana zərbə endirilməsini dəstəkləmədiyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə “Galei Tzahal Radio”ya verdiyi müsahibədə seçkilərdən əvvəl ABŞ ilə İrana mümkün birgə hücumla bağlı sualı cavablandırarkən qeyd edib.
“Məncə, bu, bizim üçün əlverişli deyil”, - İsrailin Baş naziri bildirib.
O, həmçinin Tehrana və müttəfiqlərinə İsrailə hücum edəcəkləri təqdirdə sərt cavab verəcəkləri barədə xəbərdarlıq edib.
Baş nazir əlavə edib ki, İsrail istənilən ssenariyə hazırdır.
Digər tərəfdən, Netanyahu seçkilərdən sonra İrana zərbə endirməyi düşünüb-düşünmədiyini dəqiqləşdirməkdən və Vaşinqtonla İranla bağlı son danışıqlarının təfərrüatlarını açıqlamaqdan imtina edib.

DİGƏR XƏBƏRLƏR

Top