FTB rəhbəri Rusiyaya getdi


ABŞ Federal Təhqiqat Bürosunun (FTB) direktoru Keş Patel Rusiyaya gedib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə MS NOW telekanalı mənbələrə istinadla məlumat verib.
Mənbələrin məlumatına görə, səfər iki günlükdür və Patelin Moskva və Sankt-Peterburqa səfərləri planlaşdırılır.
MS NOW bildirir ki, Patel danışıqlarda iştirak etmək üçün Rusiyaya gedib.
Telekanalın qeyd etdiyi kimi, bu, FTB direktorunun 2013-cü ildən bəri Rusiyaya ilk səfəridir.
Qeyd edək kİ, bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə Patelin Moskvaya mümkün səfəri ilə bağlı mediada yayılan məlumatlarla bağlı heç bir deyəcək sözü olmadığını bildirniş və bu cür səfərlərin demək olar ki, heç vaxt əvvəlcədən elan edilmdəiyini əlavə etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top