İlham Əliyev Şavkat Mirziyoyevlə görüşdü – Fotolar


Oktyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.
Yeniavaz.com
xəbər verir ki, dövlət başçısı ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini deyərək bu ilin avqustunda Özbəkistana dövlət səfərini məmnunluqla xatırlayıb.
Bu xüsusda səfər zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi kontekstində strateji tərəfdaşlığımızın və müttəfiqliyiliyimizin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub.
Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən Prezident Şavkat Mirziyoyev ölkəmizin inkişafının və tərəqqisinin qardaş özbək xalqını sevindirdiyini vurğulayıb.
Özbəkistan Prezidenti Azərbaycanın AQEM-ə uğurlu sədrliyi və bu təşkilatın Zirvə Görüşünə ev sahibliyi etməsi münasibətilə dövlət başçısını təbrik edib və bütün bunları ölkəmizin nüfuzunun göstəricisi kimi qiymətləndiyini deyib.
Söhbət zamanı bütün sahələrdə səmərəli əlaqələr məmnunluqla qeyd edilib, ilin əvvəlindən ticarət dövriyyəsinin artdığı vurğulanıb.
Energetika, qarşılıqlı sərmayələr, tikinti, nəqliyyat-logistika, yüngül sənaye, geologiya, turizm və digər sahələrdə layihələrin uğurla həyata keçirildiyi bildirilib, mədəni və humanitar mübadilələrin əhəmiyyəti qeyd edilib.
Dövlət başçıları beynəlxalq və regional gündəlikdə duran məsələlər barədə fikir mübadiləsi aparıblar.




DİGƏR XƏBƏRLƏR

Top