Paşinyanın partiyasından olan deputatın Rusiyaya girişinə qadağa qoyuldu


Ermənistan Parlamentinin “Mülki Müqavilə” fraksiyasının üzvü və Milli Məclisin Səhiyyə üzrə Daimi Komitəsinin sədri Lusine Badalyanın Rusiyaya girişinə qadağa qoyulub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Armenpress” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, o, oktyabrın 15-də keçiriləcək MDB Parlamentlərarası Assambleyasının (PA) Sosial Siyasət və İnsan Hüquqları üzrə Daimi Komitəsinin növbəti iclasında iştirak etməli idi.
“Armenpress”in məlumatına görə, bu barədə Badalyan özünün “Facebook” səhifəsində məlumat verib.
“Bu gün, 14 oktyabrda, MDB Parlament Assambleyasının Sosial Siyasət və İnsan Hüquqları üzrə Daimi Komissiyasının sabahkı növbəti iclasında iştirak etmək üçün Sankt-Peterburqa getməyi planlaşdırmışdım. Ermənistan Parlamentinin MDB Parlamentlərarası Assambleyasındakı nümayəndə heyətinin üzvü kimi iclasda iştirak etməli idim. Lakin Rusiyaya girişimə icazə verilmədi, çünki ora girişimin qadağan olunduğu bildirildi. Səbəbi isə məlum deyil”, - o  qeyd edib. 
O, həmçinin Rusiyanın bu addımını təəccüb və narahatlıq doğuran bir vəziyyət kimi qiymətləndirib.

DİGƏR XƏBƏRLƏR

Top