Ötən il Gürcüstan turizmdən 2 milyard dollar gəlir əldə edib

2016-cı ildə ilk dəfə Gürcüstan turizm sahəsində böyük uğurlara imza atıb. "Yeniavaz.com"un apsny.ge saytına istinadən verdiyi məlumata görə, ötən il turizmdən gələn gəlirlər 2 milyard dollar təşkil edib. Bu barədə məlumat verən Gürcüstanın turizm üzrə milli administrasiyasının rəhbəri Georgi Çoqovadze 2016-cı ilin ölkənin turizm tarixində ən uğurlu il olduğunu vurğulayıb. Onun sözlərinə görə, 2016-cı ildə ölkəyə gələn turistlərin ümumi sayı 6 milyon 350 min 825 nəfər olub. Bu isə 2015-ci ilin analoji göstəricisindən 449 min 731 nəfər və ya 7,6 faiz çoxdur.

DİGƏR XƏBƏRLƏR

Top