Rusiya və Çin XİN rəhbərləri Bakıda görüşdü


Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda çinli həmkarı Van İ ilə görüşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin “Telegram” kanalında məlumat verilib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Lavrov və Van İ Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfərə gəliblər.
Qeyd edək ki, Sergey Lavrov və Van İ əvvəllər iyul ayında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində görüşüblər. Bu görüş zamanı nazirlər ABŞ ilə münasibətləri və Ukraynadakı vəziyyəti müzakirə ediblər.

DİGƏR XƏBƏRLƏR

Top