
Türk müğənni və bəstəkar Alpay Nazikoğlu 91 yaşında vəfat edib.
Yeniavaz.com “Sözcü”yə istinadla xəbər verir ki, sənətçinin ölüm xəbərini jurnalist Nasuh Bektaş “X” sosial media platformasında açıqlayıb.
Jurnalist paylaşımında musiqi dünyasının əsas simalarından olan müğənni ilə bağlı başsağlığı verib.
“Sentyabrda gəl”, “Fabrik qızı” və “Qara qatar” kimi unudulmaz mahnıları ilə tanınan müğənninin ölüm səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, sənətçi karyerası boyu Anadolu pop, romantik folk və rok janrlarında əsərlər ortaya qoyub.
Tətbiqimizi yükləyə bilərsiniz