Azərbaycanda bankların mənfəəti açıqlanır – Yenilənir


Azərbaycanda fəaliyyət göstərən banklar 2026-ci ilin ilk 9 ayı üçün maliyyə hesabatlarını açıqlayırlar.
Yeniavaz.com
xəbər verir ki, maliyyə hesabatını açıqlayan banklar arasında ən yüksək mənfəəti dövlət bankı olan “Beynəlxalq Bank” əldə edib.
Bu bankın ilin ilk 9 ayı ərzində xalis mənfəəti 352 milyon 377 min manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə “Beynəlxalq Bank”ın mənfəəti 35% artıb. Özəl banklar arasında isə ən yüksək mənfəəti “Kapital Bank” əldə edib. “Kapital Bank”ın 9 ay ərzində əldə etdiyi mənfəət 297 milyon 4 min manat təşkil edib.
Maliyyə hesabatını açıqlayan digər bankların son 4 ilin ilk 9 ayı ərzindəki mənfəəti (zərəri) aşağıdakı kimi olub:

Qeyd edək ki, “Bank BTB” ardıcıl olaraq 3 il zərər etdikdən sonra 2026-cı ildə fəaliyyətini dayandırıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top