Hörmüz boğazında konteyner gəmisi minaya düşüb


Hörmüz boğazından icazəsiz keçməyə çalışan konteyner gəmisi dəniz minasına düşüb və nəticədə gəmidə yanğın baş verib.
Yeniavaz.com
xəbər verir ki,  “Wana” agentliyi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi Dəniz Qüvvələrinə istinadən bu barədə məlumat yayıb.
Məlumata görə, 2500-dən çox konteyner daşıyan gəmi bu səhər yanğının şiddətlənməsindən sonra Hörmüz boğazının cənubundakı sularda batıb.
İİKK Hərbi Dəniz Qüvvələri, həmçinin yerli gəmiləri və balıqçıları suda üzən konteynerlərlə toqquşmamaq üçün ərazidə hərəkət edərkən son dərəcə ehtiyatlı olmağa çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top